“SOCAR Polymer” bu layihənin ekoloji aspektinə xüsusi əhəmiyyət verir. Beynəlxalq səviyyədə qəbul olunmuş ətraf mühitin mühafizəsi prinsiplərinə əsaslanaraq inşa edilmiş “SOCAR Polymer” zavodları sınanmış texnologiyalar tətbiq edilməklə istismar edilir. “SOCAR Polymer” ətraf mühitin mühafizəsi sahəsində irəli sürülən bütün tələblərə cavab verən beynəlxalq nüfuzlu bir layihə həyata keçirmişdir. İstənilən mənfi ekoloji və ya sosial təsirlərin qarşısını almaq, onları minimuma endirmək, aradan qaldırmaq və ya tənzimləməklə layihəmizi təkmilləşdirmək üçün biz mütəmadi olaraq müvafiq ekoloji aspektləri qiymətləndirir və lazımi tədbirlər görürük. Şirkətimizin sabit inkişafına göstərdiyimiz münasibət təhlükəsiz, səmərəli, məsuliyyətli və mənfəətli işgüzar fəaliyyətin təmin olunmasına əsaslanır.
Layihənin maraqlı tərəfləri ilə konstruktiv qarşılıqlı əlaqələrin və müntəzəm dialoqun qurulması düzgün işgüzar praktikanın və korporativ məsuliyyətin ayrılmaz hissəsidir. Belə yanaşma həm də “SOCAR Polymer” zavodları kimi istənilən mürəkkəb layihənin uğurla yerinə yetirilməsinə aparan yoldur. Belə mövqedən çıxış edən “SOCAR Polymer" bu layihənin bütün aspektləri üzrə konstruktiv dialoq qurmaq üçün qarşılıqlı əlaqələrin qurulması çərçivəsində maraqlı tərəflərlə vacib bir görüş keçirdi. 2018-ci ilin oktyabr ayının əvvəllərində keçirilmiş həmin görüşdə Sumqayıt şəhərinin icra orqanlarının, qonşuluqda fəaliyyət göstərən müəssisələrin, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak etdilər. Həmin görüşdə edilmiş təqdimatla burada tanış ola bilərsiniz (27 slayd, 1.5 MB, .pdf).