HAQQIMIZDA



Beynəlxalq səviyyəli “SOCAR Polymer” layihəsi öz növü və miqyası baxımından son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində həyata keçirilmiş ilk belə layihədir.

“SOCAR Polymer” şirkəti 16 iyul 2013-cü il tarixində ölkənin kimya sənayesinin inkişafının sürətləndirilməsi məqsədi ilə təsis edilmişdir. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edən iki zavoddan ibarətdir. Həmin zavodlar Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində yerləşir. 184000 və 120000 ton illik istehsal gücünə malik olan PP və YSPE zavodları müvafiq olaraq 2018-ci ilin iyulunda və 2019-cu ilin fevralında istismara verilmişdir.

184.000 120.000
ton polipropilen ton yüksək sıxlıqlı polietilen
SKSP-nin yaradılmasının əsas məqsədi Azərbaycanda iqtisadi inkişafının sürətləndirilməsi və innovasiyalar sahəsində aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət gücünün artırılmasından ibarətdir. Tam infrastruktur dəstəyi, vergilərdən əhəmiyyətli dərəcədə azad olmalar və icazələrin əldə edilməsi üçün vahid pəncərə rejimi təmin etməklə SKSP sənayedə novator təşəbbüslərinə dəstək verir.
Vergilərdən azad olma
Tam infrastruktur dəstəyi
Vahid pəncərə rejimi
Layihənin investisiya sxemi
816 mln. ABŞ$Layihənin qiyməti
60%Qazprombankın verdiyi kredit hesabınaAna şirkətin zəmanəti olmadan reqressiz layihə maliyyələşdirilməsi
40%Səhmdar kapitalı hesabına
Hüquqi-təşkilati forması
Vitol Pasha Holding Ecoland Polymer Investments AKKIK 52.2%SOCAR
Dövlət-özəl sektor tərəfdaşlığı
Layihənin icra vəziyyəti

PP zavodunun inşası

Layihənin bölmələri üzrə
Yekunlaşma faizi
İşçi layihəsinin hazırlanması
0
MTT/Satın-alma
0
Podrat işləri
0
Material təchizatı: hazırlama və çatdırılma
0
Tikinti işləri
0
Ümumi yekunlaşma faizi
0

YSPE zavodunun inşası

Layihənin bölmələri üzrə
Yekunlaşma faizi
İşçi layihəsinin hazırlanması
0
MTT/Satın-alma
0
Podrat işləri
0
Material təchizatı – hazırlama və çatdırılma
0
Tikinti işləri
0
Sazlama
0
Ümumi yekunlaşma faizi
0

“SOCAR Polymer” şirkətinin zavodları SKSP-nin ərazisində yerləşir. SKSP-də tam infrastruktur dəstəyi təmin olunur, vergilərdən əhəmiyyətli dərəcədə azad olmalar və icazələrin əldə edilməsi üçün vahid pəncərə metodu tətbiq edilir. Bununla da SKPS sənaye sahəsində innovativ təşəbbüslərə dəstək verir.

“SOCAR Polymer” şirkətinin Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları öz növü baxımından Azərbaycanın ilk belə zavodlarıdır. Bu zavodlar polimer bazarının bu seqmentində istehsalın artırılması hesabına ölkənin neft-kimya sənayesinin inkişaf etməsi üçün imkan yaradacaq.

Layihəni həyata keçirmək üçün “SOCAR Polymer” şirkəti EPC podratçısı kimi İtaliyanın Tecnimont layihə-konstruktor şirkətini, EPC podratçısının fəaliyyətinə nəzarət etmək üçün isə digər aparıcı layihə-konstruktor şirkəti olan Fluor şirkətini PMC podratçısı qismində işə cəlb edilmişdir. PMC podratçısının başqa bir məqsədi də milli mühəndis-texniki kadrların ixtisaslarının artırılmasını təmin etməkdən ibarətdir. Bunun üçün Vahid layihə idarə etmə qrupu (IPMT) yaradılmışdır. Fluor şirkəti milli mühəndis-texniki kadrları və digər mütəxəssislər üçün Amsterdamda, Milanda və Mumbayda təşkil etdiyi ixtisaslı kurslar çərçivəsində xüsusi ixtisasartırma proqramları tətbiq etmişdir.

“SOCAR Polymer” layihəsi reqressiz maliyyələşdirmə prinsipi əsasında, yəni ana şirkətin borc ödəmə zəmanəti olmadan, Azərbaycanda həyata keçirilən ilk belə layihədir. Proqnozlara görə, bu layihənin həyata keçirilməsi Azərbaycan sənayesinin bir çox əhəmiyyətli sektorunda multiplikasiya effekti yaradaraq və çoxsaylı yeni iş yerlərinin açılmasını təmin edəcək.