SOCAR POLYMER

SOCAR Polymer yüksək nailiyyət əldə etmişdir – istehsalat qəzası səbəbindən iş vaxtının itkisi olmadan 10 milyon adam-saat həcmində iş görülmüşdür!

Bu gün “SOCAR Polymer” şirkətinin çox-şaxəli kollektivi və podratçıları iş vaxtının itkisi olmadan 10 milyon adam-saat həcmində işin görülməsini qeyd etdilər. Bu nailiyyət işin səmərəli və təhlükəsiz görülməsi prinsipinə sadiq olduğumuzu nümayiş etdirir.

Bu cür uğurlu göstəricilər kollektivlərimizin necə fədakar işlədiklərini nümayiş etdirir. Təhlükəsizlik məqsədləri istiqamətində görülən işlərin bütün səviyyələrdə təkmilləşdirilməsini təmin etmək məqsədilə SOCAR Polymer şirkətinin tikinti sahəsində SƏTƏM kollektivi bütün podratçı-şirkətlərin menecer və supervayzerləri ilə sıx əməkdaşlıq aparır. Sahədəki tikinti işlərinin həcmi hər həftə artdığı bir şəraitdə bu çox vacib bir məsələdir.

SƏTƏM sahəsində bu cür nümunəvi fəaliyyət yalnız iş zamanı “Adamlara ziyan dəyməsin” prinsipinin digər prioritetlərdən üstün tutulduğu halda mümkündür.