SOCAR POLYMER

SOCAR Polymer Bakı marafonunda iştirak etdi

2017-ci ildə SOCAR H.Əliyev Fondunun təşəbbüsü Dənizkənarı bulvar idarəsinin və Bakı Olimpiya stadionunun dəstəyi ilə təşkil edilən müasir idman tədbirlərindən olan Bakı marafonlarında iştirak etmək ənənəsini davam etdirmişdir.
SOCAR Polymer şirkətinin işçiləri baş direktor Fərid Cəfərovun göstərdiyi həqiqətən ilhamverici nümunədən son dərəcə ruhlanaraq həmin enerji dolu idman tədbirində iştirak etdilər. Aprelin 30-da,  SOCAR Polymer kollektivinin əməkdaşlarıı Dövlət Bayraq Meydanında toplandılar. 
İstənilən çətinliyin öhdəsindən gəlmək əzmi ilə dolu inadkar qaçıcılarımız - Fərid Cafarov, Qi Lombarts, Elizabet Villerob, Fidan Hüseynova, Qabil Mikayılov, Tarıyel Bağışov, Ceyms Çau, Tərlan Abıyev, Samir Cavadov və Mətin Hüseynli - finiş xəttinə çatdılar. Amma, necə deyirlər - əsas məsələ qələbə çalmaq deyil, iştirak etməkdir! Odur ki, biz çətinliklərə baxmayaraq cürət edib Bakı-2017 Marafonunda qüvvələrini sınamış bütün əməkdaşlarımızla fəxr edirik.
Maksimum 4,5 saata hesablanmış və Dövlət Bayraq Meydanından Bakı Olimpiya stadionundakı finiş xəttinə qədər 21 km uzunluğunda olan marafon səhər saat 10:00-da başladı. Marşrutunun uzunluğu baxımından Bakı-2017 Marafonu yarım-marafon məsafəsi hesab oluna bilər.