SOCAR POLYMER

SOCAR Polymer ilə sahibkarlar arasında əməkdaşlığın perspektivləri

Azərbaycanda polimerin istehsalı nəticəsində yaranacaq biznes imkanlarının sahibkarlarla geniş müzakirə edildiyi tədbirdən sonra bəzi şirkətlər bu mövzuya həqiqi maraq göstərmişlər. Karvan-L şirkətinin nümayəndəsi SOCAR Polymer-in baş direktoru Fərid Cəfərovla əlaqə saxlamış və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün onun ofisinə baş çəkmişdir. 20 aprel 2017-ci ildə milli televiziya kanalı SOCAR Polymer-in, Karbamid zavodunun, Sumqayıt Kimya Sənayesi Parkının (SKSP) və Karvan-L şirkətinin rəhbər nümayəndələrini studiyaya dəvət edərək Azərbaycanda sənayenin inkişafı, habelə sənaye park rezidentlərinin yaratdığı əlverişli şəraitdə yeni yerli sahibkarlıq subyektlərinin yaranması mövzuları ətrafında fikir mübadiləsini işıqlandırdı. 
Azərbaycanda biznesin həyata keçirilməsi üçün əlverişli şəraitin olmasına diqqət çəkən Karvan-L şirkətinin rəhbəri Əbülfəz Qafarov islahatların, beynəlxalq forumların və ixracatçılara verilən dəstəyin müsbət təsirlərini vurğuladı. Uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən Karvan-L elm-istehsalat şirkəti indi dünyanın 30 ölkəsinə mal ixrac edir. Həmin ölkələrin siyahısına MDB, Avropa ölkələri, Argentina, Braziliya, Yaponiya və hətta dünyanın ən böyük ixracatçısı olan Çin daxildir. Əbülfəz Qafarov beynəlxalq bazardakı rəqabətə girməyin çətinliklərini qeyd etdi. 
O, 14 aprel tarixində yerli sahibkarların iştirakı ilə keçirilmiş tədbirin müsbət nəticəsini və əhəmiyyətini vurğuladı. Bu tədbirdə SKSP-də istehsalat obyektlərinin, o cümlədən SOCAR Polymer zabodlarının yaratdığı imkanlar haqqında əldə edilmiş geniş məlumat əsasında Karvan-L şirkətinin mühəndislayihəçiləri, texnoloqları və mühəndissmetaçıları yerli istehsala və istehlak mallarının ixracına yönəlmiş yeni biznes layihələrini planlaşdırmağa başladılar. Əbülfəz Qafarov məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığa ümidvar olduğunu və Fərid Cəfərovla görüşünün nəticələrindən çox razı qaldığını bildirdi. 
Öz növbəsində Fərid Cəfərov bir daha sahibkarları yeni layihə təkliflərini təqdim etməyə dəvət etdi və uzunmüddətli xammal təchizatı, habelə ümumi texniki, mühəndislik və ya maliyyə məsələlərinə dair, o cümlədən layihənin maliyyə planlaması və bank dəstəyinin əldə
edilməsinə dair məsləhətlər vasitəsilə yeni istehsalatın başlaması proseslərinə dəstək verməyə hazır olduğunu bildirdi. F.Cəfərov qeyd etdi ki, plastik malların bəzi istehsalçıları artıq SOCAR Polymer ilə əlaqə saxlamağa başlamışdır və qiymətlər uzunmüddətli müqavilə bağlandığı halda tələb olunan polimer məhsulunun növündən asılı olaraq razılaşdırılacaq. 
Sumqayıt Kimya Sənayesi Parkının direktor müavini Zaur Məmmədov bir daha vurğuladı ki, SOCAR Polymer müxtəlif spesifikasiyalara uyğun polimerlər istehsal edəcək, bununla da xam polimerlərdən müxtəlif çeşiddə malların istehsalına imkan yaranacaq. O bildirdi ki, SKSP-ə də sahibkar və istehsalçılardan, o cümlədən xarici şirkətlərdən sorğular daxil olur. O, həmçinin qeyd etdi ki, yerli şirkətlər həm yerli, həm də xarici bazarlarda satış üçün məhsul istehsal etmək məqsədilə xam polimerlərdən istifadə edə bilər. Zaur Məmmədov həmçinin vurğuladı ki, təkcə SOCAR Polymer-in məhsulları əsasında orta hesabla 30 yeni kiçik və ya orta müəssisə yaradıla bilər, və bu çoxalma prosesləri üçün münbit şərait yaratmaq məqsədilə SKSP yeni müəssisələrlə dialoqu daha da intensive və interaktiv şəkildə qurmağı planlaşdırır. O, istehsala başlama ideyaları kimi istifadə oluna biləcək hazır layihə planlarının İqtisadiyyat Nazirliyi, SOCAR, SOCAR Polymer və SKSPnin birgə səylərini əsasında işlənib hazırlanmasını və potensial tərəfdaşlar üçün sərgiləndirilməsini təklif etdi. İqtisadiyyatın kimya sahəsinin inkişafına diqqət çəkən Fərid Cəfərov həmçinin məşğulluq nöqteyi nəzərindən əhaliyə olan faydaları vurğuladı. Statistik təhlil göstərir ki, hər 100 ton neftin istehsalı təxminən 2 nəfərin işə cəlb olunmasını tələb etdiyi, etilenin polimer qranulasına çevrilməsi mərhələsində isə bu rəqəm 10 nəfərə qalxdığı halda, polimer qranulalarından istehlak mallarının istehsal edilməsi hər 1000 tona 50 nəfərin işə cəlb olunmasını tələb edir. Məhz buna görə də F.Cəfərovun fikrincə, istehsal zəncirinin sonuncu mərhələsini təşkil edən kiçik müəssisələr yeni iş yerlərinin açılması baxımından daha məhsuldar olur. 
Kimya sənayesinin cari inkişaf tendensiyaları haqqında məlumat yaymaq məqsədi daşıyan yuxarıda qeyd edilmiş televiziya verilişinin videoyazısına SOCAR Polymer-in “youtube” kanalında baxmaq olar.

https://www.youtube.com/watch?v=DxO-cllxiEw