SOCAR POLYMER

Dövlət məmurları və nazirliklərin nümayəndələri “SOCAR Polymer”in tikinti meydançasını ziyarət etdilər

20 aprel 2017-ci il tarixində prezident aparatının nümayəndələri və müvafiq nazirliklərin rəhbər şəxsləri Sumqayıt Kimya Sənaye Parkını (SKSP) ziyarət etdilər. Tədbirin məqsədi tikilməkdə olan zavodlarla tanış olaraq əlaqədar məsələləri müzakirə etmək idi. Tədbirdə prezident administrasiyası rəhbərinin müavini Əli Əsədov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, iqtisadiyyat naziri Şahin Mustafayev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, SOCAR-ın "Azərikimya" İB-nin müşahidə şurasının sədri Muxtar Babayev, Karbamid zavodunun direktoru Xəyal Cəfərov, SOCAR Polymer şirkətinin baş direktoru Fərid Cəfərov, və digər məsul şəxslər iştirak etdilər. Qonaqları SKSP ofisində qarşılayaraq, M.Babayev Parkın infrastrukturu, rezidentlərə təqdim olunan güzəştlər və görülən işlər barədə məlumat verdi. Qonaqlar Karbamid zavodunun, habelə Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarının tikinti meydançalarını ziyarət etdilər. Daha sonra tədbir iştirakçıları Azərikimya şirkətinin ofisinin akt zalında qapalı görüş keçirdilər. Akt zalının girişində quraşdırılmış nümayiş stendində tədbir iştirakçılarının diqqətinə təqdim olunmuş xam polimerlərdən istehsal oluna biləcək müxtəlif çeşidli istehlak malları ölkədə yaradıla biləcək istehsalat sahələrinin dairə genişliyini təsvir edirdi. Tədbir səmərəli nəticələr verdi.