SOCAR POLYMER

“SOCAR Polymer” təltif edildi

"SOCAR Polymer" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təltif olunub

"SOCAR Polymer" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 5 mart 2026-cı il tarixində təşkil olunmuş “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum çərçivəsində “Dövlət sektoru üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb. Mükafat, Baş nazirin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədova təqdim olunub.

Bu mükafat "SOCAR Polymer"-in qeyri-neft sektoru üzrə aparıcı ixracatçılardan biri kimi ölkə iqtisadiyyatına verdiyi töhfənin, eləcə də məşğulluğun artırılması və vergi öhdəliklərinin məsuliyyətlə yerinə yetirilməsi istiqamətində gördüyü işlərin yüksək qiymətləndirilməsinin göstəricisidir.