SOCAR POLYMER

YSPE qurğusunun 7 yaşı tamam oladu

“SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen Zavodu bu gün istismara verilməsinin 7-ci il dönümünü qeyd edir.
Ötən yeddi il ərzində zavod ölkəmizin qeyri-neft sənayesinin inkişafında mühüm rol oynamış, yüksək keyfiyyətli məhsul istehsalı və ixrac potensialının genişləndirilməsi istiqamətində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Məhsul portfelinə hər il yeni polimer markalarını əlavə edən və artıq 40-dan çox yüksək-tələbatlı YSPE markasının istehsalını uğurla həyata keçirmiş SOCAR Polymer şirkəti Azərbaycan məhsulunun beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına öz töhfəsini verməkdə davam edir.
7 illik fəaliyyət dövrü ərzində qazanılan təcrübə və əldə edilən uğurlar gələcək hədəflər üçün möhkəm zəmin yaradır. Qarşıdakı illərdə də innovasiya, keyfiyyət və davamlı inkişaf prioritet olaraq qalacaqdır.