"SOCAR Polymer" şirkətində sağlam həyat tərzinin təşviqinə və əməkdaşlar arasında komanda ruhunun gücləndirilməsinə xidmət edən ənənəvi şirkətdaxili minifutbol çempionatının 2025-ci il üzrə mükafatçıları müəyyənləşdi.
12 komandanın iştirak etdiyi çempionatın final günündə üçüncü yer uğrunda qarşılaşmada “Azad Qarabağ” komandası “Anbar FGW” komandası ilə üz-üzə gəldi. Gərgin mübarizə şəraitində keçən oyun “Azad Qarabağ” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşdı və komanda turniri üçüncü pillədə tamamladı.
“Electricians” və “Engineers” komandaları arasında keçirilən final qarşılaşması maraqlı qol epizodları, dinamik oyun tempi və komandalararası həyəcanverici rəqabət ilə yadda qaldı. Nəticədə “Engineers” komandası 3:1 hesabı qələbə qazandı.
Turnirin ən yaxşı qapıçısı Oqtay Xəlilov, ən yaxşı oyunçusu Rüstəm Rüstəmov seçildi.