SOCAR POLYMER

“İlin ən yaxşıları” mükafatlandırıldı

“SOCAR Polymer” şirkətində müxtəlif nominasiyalar üzrə əməkdaşlar sertifikat və hədiyyələrlə mükafatlandırıldı.
Şirkətimizdə artıq bir ənənəyə çevrilən və əməkdaşların motivasiyasının yüksəldilməsinə, eləcə də korporativ dəyərlərin təşviqinə xidmət edən ilsonu mükafatlandırma mərasimi keçirildi.
Şöbədaxili şəkildə aparılan anonim sorğularda iştirak edərək əməkdaşlar öz şöbələri üzrə “İlin ən yaxşı əməkdaşı”, “İlin ən yardımçı əməkdaşı” və “Kollektivin rəğbətini qazanan” nominasiyaları üzrə qalibləri müəyyənləşdirdilər. Bu təşəbbüs əməkdaşlar arasında qarşılıqlı hörmətin, dəstək və əməkdaşlıq mədəniyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Bununla yanaşı, şirkət üzrə əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində göstərilən nümunəvi fəaliyyətləri təşviq etmək məqsədilə “Təhlükəsizlik təşviqatçısı” və “Ətraf mühit təşviqatçısı” nominasiyaları üzrə də qaliblər müəyyənləşdirildi.

Əməkdaşlarımızı qazandıqları nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edirik!