SOCAR POLYMER

“SOCAR Polymer” “İlin neft-kimya şirkəti” seçildi

“SOCAR Polymer” “İlin neft-kimya şirkəti” nominasiyası üzrə mükafata layiq görüldü. Qazanılan bu mükafat “SOCAR Polymer”in ölkənin qeyri-neft sektorunun gücləndirilməsi, ixrac potensialının artırılması və beynəlxalq bazarlarda rəqabət-qabiliyyətli məhsulların istehsalı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətin daha bir təsdiqidir.
Qeyd edək ki, “Caspian Business Award” mükafatı hər il müxtəlif sahələr üzrə fərqlənən şirkət və təşkilatların fəaliyyətini qiymətləndirərək onların biznes mühitinin inkişafına verdiyi töhfələri ön plana çıxarır.
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə keçirilən, Azərbaycanın biznes ictimaiyyəti üçün mühüm platforma hesab olunan 12-ci Beynəlxalq “Caspian Business Award 2025” mükafatlandırma mərasimində “SOCAR Polymer” şirkətinin nümayəndə heyəti ilə yanaşı digər yerli və beynəlxalq şirkətlərin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, eləcə də biznes ictimaiyyətinin aparıcı simaları iştirak etdilər.