SOCAR POLYMER

“SOCAR Polymer” Sumqayıt Novruz şənliyində fərdi stend ilə iştirak etdi

"SOCAR Polymer" şirkəti Sumqayıtda keçirilən ümumşəhər Novruz şənliyində öz stendi ilə iştirak etdi. İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kimyaçı Mədəniyyət Sarayının qarşısında keçirilmiş bayram tədbirində bir sıra “SOCAR” müəssisələri, “Gilan” və “Azərsun” holdinqləri, Sumqayıt şəhərinin bir sıra təhsil müəssisələri öz töhfəsi ilə, Azərbaycanın bölgələrini təmsil edən nümayəndələr isə ənənəvi Novruz çıxışları ilə şəhər sakinlərini sevindirdilər. Tədbir çərçivəsində stendimizə yaxınlaşan tədbir iştirakçılarına məhsullarımız haqqında məlumat verildi və bayram sovqatları paylandı.