SOCAR POLYMER

Əməkdaşlarımız “World HR Summit 2024”də iştirak etdilər

Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, insan resursları peşəkarları, dövlət qurumlarının rəsmiləri və sahibkarların iştirakı ilə “World HR Summit 2024” tədbiri keçirildi. 50 ölkədən 500 iştirakçının qatıldığı sammitdə insan resursları şöbəsində çalışan 7 nəfər əməkdaşımız iştirak etdi. Tədbirdə yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı konsaltinq şirkətlərinin rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etdilər. Sammit çərçivəsində şirkətimizin əməkdaşları  qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, öyrənmə və inkişafın perspektivləri və s. kimi maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələr qazandılar.