SOCAR POLYMER

REAL TV-yə müsahibə verildi

“SOCAR Polymer”in baş direktoru Fuad Əhmədov REAL TV-yə müsahibə verib. O, müsahibəsində bildirib ki, 2023-cü il şirkərimiz üçün çox uğurlu olub. İl ərzində 210 min ton (139 ton polipropilen, 71 ton yüksəksıxlıqlı polietilen) məhsul istehsal edilmişdir ki, bu da ötən illə müqayisədə 26% artım deməkdir. Müəssisəmizdə istehsal olunan məhsulların 90%-i ixrac bazarlarına göndərilir. 50-dən çox məhsul çeşidimiz müxtəlif sahələrdə geniş tətbiq olunur.

Bundan başqa, Fuad Əhmədov müsahibəsində qeyd etdi ki, müəssisəmizdə çalışan əməkdaşların orta yaşı 35-dir və onların böyük qismi Sumqayıt şəhərinin sakinləridir. Şirkətimiz kadr hazırlığına böyük önəm verir və bu səbəbdən əməkdaşlarımız üçün müntəzəm təlimlər təşkil olunur. Şirkətimizə işə qəbul zamanı Vətən müharibəsi qazilərinə, müharibə veteranlarına və şəhid ailələrinə üstünlük verilir və hazırda 49 nəfər əməkdaşımız müharibə veteranı və ya şəhid ailəsi üzvləridir.

Müsahibənin tam video versiyasına baxmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

https://www.instagram.com/reel/C2AZ3ZsNZDI/?utm_source=ig_web_copy_link&igsh=MzRlODBiNWFlZA==