SOCAR POLYMER

SOCAR Polymer şirkəti 2017-ci ilin Yay Təcrübəsi proqramına start verir

SOCAR Polimer şirkətinin təşəbbüsü ilə 2016-cı ildə başlanan Yay Təcrübəsi proqramından 13 gənc faydalanmış və öz həyatlarını ilk qiymətli iş təcrübəsi ilə zənginləşdirmişdir. Bundan əlavə, 5 təcrübəçi daha sonra şirkətdə işə qəbul olunmuş və beləliklə də öz peşəkar karyeralarına olduqca gözəl bir start vermişlər.
Uğurla sınaqdan keçmiş keçən ilki yay təcrübəsi proqramını davam etdirmək niyyəti ilə SOCAR Polimer 2017-ci ilin Yay Təcrübəsi proqramında iştirak etmək üçün ərizələrin qəbulunu elan edir.
SOCAR Polimer şirkətində keçirilən təcrübə şirkət haqqında sadəcə daha dolğun təsəvvür almaq üçün bir vəsilə deyil. Bu, həm də bacarıq və təcrübə əldə etmək, və özünü şirkətin həyata keçirdiyi mühüm işlərdən birinə həsr etmək üçün cəlbedici və dəyərli bir imkandır.
Proqramın davam etdiyi 12 həftə ərzində təcrübəçilər ixtisaslı bir kollektivinin üzvləri olaraq real iş təcrübəsi əldə edəcəklər. Həmin on iki həftə ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, yeni bacarıqlara yiyələnəcək və icraatda olan layihələrə öz töhfələrini verəcəklər. 
Təcrübə dövrünə tam həcmli tanışlıq kursu ilə başlayan təcrübəçilər daha sonra real layihə üzərində işləyən kollektivə qoşulacaqlar. Təcrübənin böyük hissəsinin iş yerlərində keçirilməsi ilə yanaşı biz fərdi ünsiyyət qurma bacarıqlarını aşılamaq üçün də çox saylı təlimlər keçirəcəyik. Təcrübə dövrü ərzində həm təlim sessiyaları, həm də obyektlərə sahə ziyarətləri təşkil olunacaq. Bununla yanaşı, mütəxəssislərlə görüşmək və onların peşəkar rəyləri ilə tanış olmaq üçün də çoxlu imkanlar yaradılacaq.
Misilsiz təcrübə və sərfəli saathesabı əmək haqqı ilə bərabər bu proqram təcrübəçilər üçün aşağıdakı imkanları yaradacaq: 
Şirkət haqqında daha geniş təsəvvür əldə etmək imkanı. Burada, şirkətin mahiyyəti, onun rolu və personalı haqqında təsəvvür nəzərdə tutulur. Yəni, təcrübəçilər kollektivin gələcək diplomlu mütəxəssisi roluna özlərini uyğun görüb-görmədiklərini müəyyən edəcəklər. 
Kollektivin işinə qoşulmaq imkanı. Təcrübəçilər real layihələr çərçivəsində aparılan işlərdə iştirak etməyə şövq edilərək sınaqdan keçiriləcəklər. Bu, təcrübə əldə etmək və həmin işlərin onlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək üçün ən yaxşı üsuldur.
Təkcə təcrübə deyil, daha çox şey əldə etmək imkanı. İstehsalat təcrübəsi və yay təcrübəsi proqramları çərçivəsində həm maaş, həm də ödənişli məzuniyyət təklif edilir.
Peşəkar inkişafda irəliləyiş etmək imkanı. Bacarıqlarının ən yaxşı formada büruzə vermələrinə kömək etmək məqsədilə təcrübəçilərə kifayət qədər dəstək veriləcək və təlim kursları təşkil olunacaq. Kurslarda yüksək müvəffəqiyyət dərəcələri qazanan təcrübəçilərə gənc mütəxəssis qismində iş təklif oluna bilər. Belə hallarda, həmin təcrübəçilər öz təhsil müəssisələrinə qayıdıb təhsillərinə davam edir, bizim şirkətdə isə natamam ştat işçisi kimi fəaliyyət göstərəcəklər. 
Təcrübə proqramına təhsildə müvəffəqiyyətli olan tələbələr qatıla bilər.
Proqrama qatılmaq üçün ərizə ilə müraciət edən şəxslər aşağıdakı meyar və tələblərə cavab verməlidir:
  • 3 və ya 4-cü kurs universitet tələbəsi olmalıdır; və ya 
  • 2016-cı ildə bakalavr dərəcəsi almış olmalıdır; 
  • Azərbaycan vətəndaşı olmalıdır;
  • Texniki biliklərə malik olmalıdır; 
  • Təhlükəsizlik texnikasında xəbərdar olmalıdır;
  • İngilis dilində yaxşı şifahi və yazılı bacarıqları olmalıdır; 
  • Analitik bacarıqları olmalıdır; 
  • Yaxşı ünsiyyət qurma bacarığı olmalıdır; 
  • Oxuyub inkişaf etməyə meylli olmalıdır.
Namizədləri öz karyera gözləntilərinə ən uyğun olan proqrama qatılmaq üçün ərizə verməyə dəvət edirik. 
Yay Təcrübəsi proqramına qatılmaq üçün 30 aprel 2017-ci il tarixinə qədər www.socarpolymer.az saytında yerləşdirilmiş formanı doldurmaqla müraciət etməniz xahiş olunur.