SOCAR POLYMER

SOCAR Polymer: məhsullarımız beynəlxalq standartlara cavab verəcək

Azərbaycan milli yanacaq və enerji kompleksinin, xüsusilə, neft- kimya və qaz-kimya sənayesinin geniş-miqyaslı inkişafına yönəlmiş enerji siyasətini müntəzəm olaraq tətbiq etməkdə davam edir. 
Əsas diqqət neft və təbii qazın daha təkmil və kompleks emalına, o cümlədən ixracda törəmə məhsulların payının artırılmasına yönəldilmişdir. Nəticədə, ölkə təkcə əsas enerji resursları, məsələn təbii qaz və xam neft bazarındakı payını əsaslı şəkildə genişləndirməyəcək, həmçinin bahalı neft-kimya və qaz-kimya məhsullarının daha gəlirli bazarında da öz yerini tutacaq. Bu məqsədlərin həyata keçirilməsi üçün nəzərdə tutulan ən böyük layihələr SOCAR Polymer layihələri, o cümlədən yeni SOCAR GPC layihəsi olacaq. 
SOCAR Polymer layihəsinin əsas məqsədi neft emalı əməliyyatlarının gedişində çıxarılan yanaşı qazdan gəlir götürməkdir və plastik materialların emalı ilə məşğul olan orta və kiçik müəssisələr üçün zəminin yaradılmasıdır. 
Türkiyə bazarı ilə müqayisə edək. Hal-hazırda, Türkiyə təqribən 6,8 mln ton plastik istehlak edir. Bu sənaye sahəsində 250,000 adam çalışır. Əgər bu məhsulları hazır məhsula çevirsək, hər 1000 ton məhsulun istehsalına 37,5 adam cəlb edilmişdir. Yəni, plastiki Azərbaycanda emal edərək hazır məhsula çevirməklə, biz ölkədə iş yerlərinin sayında artım üçün əlverişli zəmin yaradırıq və bu həmçinin idxalın əvəzlənməsinə şərait yaradır. Dünyada plastik istehlakı neft istehlakından daha yüksək templə artmaqdadır. Maye karbohidrogenlərin istehlakı son 25 ildə 40-45% artdığı halda, həmin müddətdə plastik istehlakı 200% olmuşdur. Son illərdə, plastik istehlakı sahəsindəki artım qlobal ÜDM artımından davamlı olaraq yüksək olduğu halda, maye karbohidrogenlərin istehlakı sahəsindəki artım ən azından 2-2,5 dəfə bundan az olmuşdur. Bu tendensiya davam edəcək, bu isə o deməkdir ki, biz öz neft-qaz xammalı ehtiyatlarımızla zəif inkişaf edən seqmentdən yüksək inkişaf edən seqmentə keçirik. 
SOCAR Polymer tərəfindən zavodların tikintisi qrafikə tam uyğun olaraq aparılır. Müqaviləyə əsasən planlaşdırılan polipropilen və polietilen zavodları müvafiq olaraq 2018-ci ilin ilk rübündə və üçüncü rübündə açar təslimi əsasları ilə təhvil veriləcək. Polipropilen zavodunun istehsal gücü müvafiq olaraq ildə 180 min ton təşkil edir, yüksək sıxlıqlı polietilen zavodu isə ildə 120 min ton məhsul istehsal edəcək. Zavodların ümumu istehsal gücü ildə 300 min ton təşkil edəcək. Zavodlarda daimi əsaslarla 500 nəfər işçi çalışacaq. Bir tikinti meydançasında 1520-ə qədər işçi çalışacaq. Xarici podratçılarımız olsa da, əsas işçi qüvvəsi Azərbaycan vətəndaşlarından ibarət olacaq, zavodlar açar təslimi əsasları ilə tikiləcək.
“Açar təslimi” əsasları ilə tikinti müqaviləsi dedikdə nəzərdə tutulur ki, tikinti şirkəti tikinti işini (istismara vermə mərhələsi daxil olmaqla) müqavilədə müəyyən edilmiş büdcə və zaman daxilində əvvəlcədən razılaşdırılmış meyarlara uyğun olaraq tam icra etməyə öhdəlik götürür. 
Texnologiyanın lisenziarları və patent sahibləri adlanan şirkətlər şəbəkəsi vardır. LyondellBasell və Ineos şirkətləri müvafiq olaraq polipropilen və polietilen məhsulları üzrə bizim lisenziarlarımızdır. Bu o deməkdir ki, bizim məhsullarımız ən yüksək standartlara cavab verəcək. 
Bizim istehsal etmək istədiyimiz polietilen yüksək təzyiqli qaz, su təchizatı və ya kanalizasiya sistemləri üçün nəzərdə tutulmuş boruların istehsalına qədər istənilən malın istehsalı üçün istifadə edilə bilər. Polipropilen ekoloji təmiz plastikdir ki, bu da ərzaq qablaşdırması məhsullarının istehsalında və tibb sənayesində geniş istifadə edilir.
Bu müasir zavodların hər ikisi Azərbaycanda ən qabaqcıl texnologiyaları tətbiq etməklə ən yüksək ekoloji standartlara cavab verəcək. Məhsulların təqribən 30-40%-i yerli bazara çıxarılacaq və yerli bazarın tələbatını tam ödəyəcək. Məhsulların qalan hissəsi ixrac ediləcək. Türkiyə və Şərqi Avropa əsas ixrac bazarlarıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra, bununla bağlı logistika xərcləri əhəmiyyətli dərəcədə azalacaq. 
Mühüm bir amil ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə bu layihə üzrə layihə ilə bağlı kreditləşmə prinsipindən istifadə edilmişdir. Maliyyələşmənin 40%-i xüsusi kapital, 60%-i isə Qazprombank tərəfindən verilmiş kredit təşkil edir. Kredit üzrə girov isə dövlət və ya SOCAR tərəfindən verilmiş zəmanətlər deyil layihənin özüdür. Açar təslimi müqaviləsindən istifadə, xammalın təchizatına dair davamlı zəmanətlər və sığorta paketi üç komponentə çevrilmişdir ki, bu da bankdan 489 milyon ABŞ dolları məbləğində 10 illik kreditin alınmasına kifayət etmişdir. Eyni zamanda, layihənin investisiya xərclərinin 750 milyon ABŞ dolları olacağı hesablanmışdır. Layihə üzrə illik valyuta gəlirinin təqribən 600 milyon ABŞ dolları olacaq. 
Plan Azərbaycanda olan kimyəvi xammalın ümumi miqdarını pula çevirməkdir. Bu, neft sənayesinin artan seqmentidir ki, bu da kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün əsasdır. SOCAR Polymer tərəfindən aparılan bu layihə Şirkətin qurduğu şəbəkələrdən biridir. Gələcəkdə Qaz Emalı Kompleksi üçün SOCAR-ın qaz emalı zavodunun tikilməsi, eləcə də ümumilikdə Azərbaycanda və xüsusilə kimya sənayesində qaz-kimya şəbəkəsinin inkişaf etdirilməsi planlaşdırılır.