SOCAR POLYMER

Təhlükəsizlik sahəsində nailiyyətlər - SOCAR Polymer əmək qabiliyyətinin müvəqqəti itirilməsinə yol verilmədən bir milyon adam-saatlıq iş nailiyyətini qeyd edir

SOCAR Polymer öz Layihəsi üzrə əsas etapa çatmasını – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə yol verilmədən bir milyon adam-saatlıq iş nailiyyətini bildirməkdən məmnunluq duyur. Komanda bu nailiyyətə 6 sentyabr 2016-cı ildə imza atmışdır. Tədbir sahədə şirkətin podratçısı Kinetics Technology şirkətilə birgə qeyd edildi. Bütün sahə layihə işçilərinin əməyinə və göstərdikləri səylərə görə onlara təşəkkür etmək üçün çıxışlar oldu və təqdimatlar keçirildi.
Bu, insidentsiz işləməyə tərəfdarlığımızı və birgə səylərimizi göstərən mükəmməl bir nailiyyətdir. İşçi qüvvəsinin hər bir üzrə insidentsiz işləməyə davamlı diqqət yetirdiyi üçün biz hər kəsi evlərinə öz ailələrinin yanına təhlükəsiz göndərə bilirik. Komandamıza öz dəstəyinə və insidentsiz işləməyə tərəfdar olduqlarına və verdikləri dəstəyə görə təşəkkür edirik!