SOCAR POLYMER

Azərbaycan yeni qaz-kimya kompleksinin tikintisinə Rusiya və İtaliya tərəfdaşlarını cəlb edib

Rusiyanın "Qazprombank" və EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi, İtaliyanın SACE ixrac kredit agentliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu" imzalanmışdır.
Təntənəli imzalanma mərasimi Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilmişdir. Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda Rusiya və İtaliya tərəfdaşlarının iştirakı ilə qaz emalı və qaz-kimya zavodlarının tikintisini nəzərdə tutur.
İlkin qiymətləndirməyə əsasən, layihənin ümumi investisiya dəyəri 3,5 mlrd. ABŞ dolları təşkil edir. Layihə üçün Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri isə investisiya büdcəsinin 20%-ni təşkil edəcək. 
Qazprombank Qrupu Azərbaycanda SOCAR şirkəti ilə bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı faydalı əməkdaşlıq Qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsidir", - deyə "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov bildirmişdir.

SOCAR Polymer beynəlxalq layihə olmaqla, öz növünə və miqyasına görə son 40 ildə Azərbaycanda neft- kimya sənayesində icra edilmiş ilk layihədir. Şirkətin zavodları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən yaradılmış Sumqayıt Kimya Sənayesi Parkının ərazisində tikilir. SOCAR Polymer layihələri illik istehsal gücü 120 min ton olan Yüksək Sıxlıqlı Polietilen zavodundan və illik 180 min ton istehsal edəcək Polipropilen zavodundan ibarətdir.