SOCAR POLYMER

SOCAR Polymer Ümummilli lider Heydər Əliyevin doğum gününün qeyd olunması çərçivəsində təmizlik-yaşıllaşdırma tədbirində iştirak edir

10 may tarixində Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar ölkənin parkları, bağları və xiyabanları üçün bir sıra yaşıllaşdırma tədbirləri keçirilmişdir. “Azərikimya” istehsalat birliyinin və SOCAR Polymer-in işçiləri bu günü böyük həvəslə və həmrəyliklə könüllü iş görməklə qeyd etmişdir. Ağacların əkilməsi üçün könüllü işlər Sumqayıt şəhərində yerləşən “Azərikimya” İB-nin Etilen-propilen zavodunun 4 saylı qaz məhsullarının qəbulu və buraxılması sahəsinin ərazisində təşkil edilmişdir. Tədbirdə SOCAR Polymer-in və “Azərikimya” İB-nin rəhbərliyi və işçiləri aktiv iştirak etdilər. Nəticədə, sahə otlardan təmizlənmiş, çoxsaylı ağac əkilmiş, əvvəlcə əkilmiş ağaclara kənd təsərrüfatı xidmətləri göstərilmiş və yaşıllaşdırma işləri aparılmışdır. Bu növ tədbirlər ətraf mühit nöqteyi-nəzərindən faydalıdır, eləcə də işçilərin həmrəyliyi və komanda işi baxımından da vacibdir.