SOCAR POLYMER

SOCAR və Maire Tecnimont arasında müqavilə imzalandı

5 fevral tarixində SOCAR və Maire Tecnimont şirkəti arasında toplam qiymətli “açar təslimi” əsasları ilə Yüksək Sıxlıqlı Polietilen Zavodunun reallaşdırılmasına dair EPC (Mühəndislik, Satınalma, Tikinti) müqaviləsi imzalanmışdır. 
Müqaviləni SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev və Maire Tecnimont şirkətinin sədri Fabrizio di Amato imzalamışdır.
Müqavilənin ümumi qiyməti 180 milyon ABŞ dolları təşkil edir. 
Layihənin İş həcmində istifadəyə vermə və zəmanət əsaslı sınaq rejimi daxil olmaqla tam mühəndislik xidmətlərinin göstərilməsi, avadanlıq və material təchizatı, tikinti fəaliyyəti nəzərdə tutulmuşdur. Zavod “Ineos Innovene S” texnologiyasının əsasında icra ediləcək və istehsal gücü ildə 120 min ton təşkil edəcək.