SOCAR POLYMER

Məktəblilər üçün SOCAR Polymer zavoduna ekskursiya təşkil edildi

Xəzər Universiteti nəzdində yaradılan Dünya Məktəbinin 8-ci sinif şagirdləri kimya dərslərində tədris olunan nəzəri bilikləri praktiki görmək məqsədilə təşkil olunan “Sənaye müəssisələrini ziyarət” layihəsi çərçivəsində “SOCAR Polymer” zavodlarını ziyarət etdilər. 

İlkin SƏTƏM təlimatlandırmasından sonra sahəyə avtobus gəzintisi təşkil olundu. Şagirdlər zavodların əsas hissələrini- Ekstruder, Polimerizasiya qurğuları, Anbar və İdarəetmə Otağını daha yaxından görmək imkanı qazandılar. Xüsusilə, Laboratoriyada istifadə olunan avadanlıqlar və edilən sınaqlar iştirakçılarda böyük maraq oyatdı.

Şagirdlər səfərdə iştirakdan məmnunluqlarını dilə gətirərək, buradakı müasir texnologiyanı gördükdən sonra kimya sahəsinə olan maraqlarının daha da artdığını ifadə etdilər.

Səfər sonunda şagirdlərə “SOCAR Polymer” adından hədiyyələr təqdim edildi. 

Səfər xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşdı.