SOCAR POLYMER

“SOCAR Polymer” şəhid Azad Bəkirliyə həsr edilmiş filmi təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən 27 sentyabr “Anım Günü” kimi qeyd edilir. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi həmin gün saat 12:00-da bir dəqiqəlik sükutla yad edildi.

Nə təsadüfdür ki, eyni tarix “SOCAR Polymer”in müharibədə şəhid olmuş əməkdaşı Azad Bəkirlinin anadan olduğu gündür. Azad sağ olsa idi, bu il onun 29 yaşı tamam olacaqdı. “SOCAR Polymer” ailəsinə 2017-ci ilin dekabrında qoşulmuş Azad Bəkirlinin xatirəsi iş yoldaşlarının qəlbində daim yaşayacaq. Şirkətin təşəbbüsü ilə Azad Bəkirlinin xatirəsini əbədiləşdirmək məqsədilə zavod ofisində onun adına xatirə guşəsi yaradılmış, eləcə də onun həyatının müxtəlif mərhələlərinə təmas edən insanların onunla bağlı xatirələrinin məcmusundan ibarət film hazırlanmışdır.

Şəhidin ad günündə ailəsinə təqdim edilmiş həmin filmi https://youtu.be/JLHTDBP0y0g keçidi vasitəsilə izləmək olar.