SOCAR POLYMER

SOCAR Polymer koronavirus təhlükələrinə qarşı tam müdafiə olunur

Azərbaycan ərazisində koronavirus yoluxma halları qeydə alındıqdan sonra, SOCAR Polymer şirkəti biznesin davam etdirilməsi planını hazırladı və xəstəliyin artması və yayılmasını minimuma endirmək üçün mümkün olan lazımi bütün tədbirləri aldı.

Martın 17-də İR şöbəsi telekommunikasiya texnologiyalarının köməyi ilə evdən işləyəcək işçilərin siyahısını açıqladı. İT şöbəsi isə öz növbəsində evdən işləməyə imkan verəcək rahatlıq və təhlükəsizliyi təmin etdi. Bütün heyət elektron poçt vasitəsilə virusun xüsusiyyətləri, fərdləri və işçi heyətini hava yolu ilə yayılan virusdan qorumağa kömək edəcək səmərəli üsullar, sahə həkiminin telefon nömrəsi və qaynarxəttin nömrəsi barədə məlumatlandırıldı.

Sadalanan göstərişlərə bütün işçilər tərəfindən riayət olunması tələb olundu:

• insanlar çox toplaşdığı yerdən uzaq durun;

• hər hansı yaxın təmasdan- əllə salamlaşmaq, qucaqlamaq və s. çəkinin;

• əlləri yumadan gözə, qulağa və ağıza təmas etməmək də daxil olmaqla daimi toxunulan əşya və səthlərlə birbaşa təmasda olmayın,

• əlləri 20 saniyədən az olmamaq şərtilə tez-tez sabun və su ilə yaxşı- yaxşı yuyun;

• sabun və su olmadığı təqdirdə 60%-li spirt məhlulu olan dezinfeksiyaedici geldən istifadə edin;

• tez-tez toxunulan əşyaları dezinfeksiya edin;

• yoluxucu xəstəliyə tutulubsunuzsa, evdə qalın;

• Öskürdükdə və ya asqırdıqda dəsmal ilə ağzınızı qapayın və dərhal dəsmaldan qurtulun.

Hər hansı mövsümi xəstəlik əlaməti və ya koronvirus infeksiyasına yoluxmaya dair ən kiçik şübhə olduğu təqdirdə belə xətti menecerlər və ya SƏTƏM şöbəsini məlumatlandırmaq tələb olundu. Martın 16-sından başlayaraq şirkət rəhbərliyinin təlimatına əsasən istehsal bölməsində yerləşən yeməkxanada bütün yeməklər birdəfəlik qab və çəngəl-bıçaqla təqdim olundu. Filtrli respiratorlar şirkət avtobuslarında və zavod girişində işçilərə paylanıldı. Spirt əsaslı əl dezinfeksiyaedici gel qutuları bütün ofis ərazisində girişlərə qoyuldu. Bütün gələn xidməti şirkət maşınları və anbarda çalışan yük maşını sürücüləri maska, əlcək və dezinfeksiyaedici gellərlə təmin edildi. Zavod ərazisində və ya xidməti avtobuslarda maska taxmaqla bağlı təlimatı pozmaq işçinin intizam məsulliyyətinə cəlb olunması və avtobusa/zavoda girişinə qadağa qoyulması ilə nəticələndi.

Martın 18-də üz maskalarından istifadə bütün görüşlərdə və kiçik toplaşmalarda minimal məcburi şəxsi mühafizə vasitəsi elan edildi. Şirkət tərəfindən effektivlik müddəti 48 saat olan maskalar paylandı istehsal sahəsi və ofislər, bütün koridorlar da daxil olmaqla, idarəetmə otaqları, xarici zavod girişləri təsdiq olunmuş dezinfeksiya planına əsasən gündəlik təmizləndi. İşçilər iş saatları xaricində də ümumi gigiyenik qaydalara əməl etmələri barədə təlimatlandırıldı.

Martın 25-də evdən fəaliyyəti davam etdirmək iş rejiminin əksər işçilər üçün davam edəcəyi və maksimal sayda işçini təhlükədən qorumaq məqsədilə zavodların minimum işçi qüvvəsi ilə fəaliyyət göstərəcəyi elan olundu. SOCAR Polymer erkən, əsaslı və effektiv tədbirlər həyata keçirməklə işçilərə dəyəcək qısamüddətli riskləri və biznesə, uzun planda baxdıqda isə yerli iqtisadiyyata təsir edəcək uzun müddətli xərcləri azaltmağa müvəffəq oldu. Həndəsi silsilədə artan proseslərinin qarşısını almaq həm daha asan, həm də səmərəlidir. Bu baxımdan belə fövqəladi vəziyyət şirkət tərəfindən effektiv tədbirlər görülməsini və fərdlərin aktiv əməkdaşlığını tələb edir. Hər bir işçi və vətəndaşımızın sağlamlıq və rifahı bizim üçün böyük önəm kəsb edir. Biz hər kəsi sağlamlıq və rifahını təhlükə altına salmamağa dəvət edirik.