SOCAR POLYMER

SOCAR Polymer “Caspian Ecology 2019”da stendlə təmsil olundu

SOCAR Polymer 13-15 noyabr tarixlərində Bakı Expo mərkəzində "Caspian Ecology 2019" sərgisində iştirak edib. 

 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin əsas məqsədi ictimaiyyət və müvafiq qurumların diqqətini ekoloji cəhətdən təmiz mühitin mühafizəsinə cəlb etmək və şirkətləri bu sahədə optimallaşmağa təşviq etmək olmuşdur.

Sərgi çərçivəsində stendimiz çoxsaylı iştirakçı tərəfindən ziyarət edilmiş və onları maraqlandıran suallar şirkətin nümayəndələri tərəfindən cavablandırılmışdır. Həmçinin, ziyarətçilər "SOCAR Polymer"in ətraf mühitə zərəri minimuma endirmək üçün görülən tədbirlər – havanın, torpağın və suyun üçüncü tərəf laboratoriya tərəfindən monitorinqlərinin aparılması, sahədə əmələ gələn çirkab və digər tullantı sularının yeraltı və yerüstü vasitələrlə təmizləyici qurğulara göndərilməsi, tullantıların düzgün qaydada çeşidlənməsi və müvafiq poliqonlara göndərilməsi, zavod əməkdaşlarına ekoloji təbliğatın mütəmadi şəkildə həyata keçirilməsi – barədə ətraflı məlumat tapmaq imkanı qazanıblar. 

Xatırladaq ki, ümumilikdə sərgidə 10 ölkədən 60-a yaxın şirkət və qurum təmsil olunmuşdur.