SOCAR POLYMER

SOCAR Polymer işçiləri Sumqayıtın 70 illik yubiley tədbirində iştirak etdilər

Noyabrın 19-da SOCAR Polymer Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 fevral 2019-cu il tarixli "Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan təntənəli yubiley tədbirində iştirak edib.

 Tədbirdə SOCAR Polymer 100 nəfər işçi heyəti ilə təmsil olunmuşdur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, digər rəsmi şəxslər, millət vəkilləri, eləcə də xarici ölkə səfirliklərinin nümayəndələri təntənəli tədbiri minlərlə yerli sakinlə  birlikdə qeyd etmişdir. 

Şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri, idarə və təşkilatlar bu tədbirə biganə qalmamış, öz kollektivləri ilə yüksək səviyyədə təmsil olunmuşdur.