SOCAR POLYMER

Zavodların ərazisinin şərqində salınmış yollar yük maşınlarını xaricə göndərmək üçün hazırdır

Barama şirkəti PP və YSPE zavodlarının ərazisinin şərq hissəsində yerləşən yollara asfalt örtüyünün çəkilməsi işlərini müvafiq kontrakt əsasında başa çatdırdı. Zavod ərazisinin şərqində yerləşən yollar polimer məhsullarını və kimyəvi maddələri zavoda gətirən və zavoddan daşıyan ağır yük maşınlarına hesablanmışdır. Yük maşınları üçün nəzərdə tutulan asfalt yolun və 4 yükləmə/boşaltma məntəqəsinin layihələndirilməsi, əlaqədar mühəndis-texniki işlərin həyata keçirilməsi, habelə bütün zəruri material, alət, avadanlıq, maşın-mexanizmlər, nəqliyyat, nəzarət, işçi qüvvəsi və digər xidmətlər podratçı şirkət tərəfindən təmin edilmişdi. Sözügedən ərazidə mövcud olan yağış drenaj sistemi həmin modernləşdirilmiş maşın yolunun layihəsinə daxil edilmişdi. Bu avtomobil yolu böyük yük maşınlarının rahat hərəkətini və manevr etməsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Yükləmə/boşaltma platformalarının yanında yerləşən dörd yük sahəsi polimer məhsullarının forkliftlər vasitəsi ilə Yekun məhsul anbarından maşınlara yüklənməsi üçün nəzərdə tutulmuşdur. Aqressiv hava şərtlərindən qorunmaq məqsədi ilə yükləmə/boşaltma məntəqələrin konstruksiyaları sukeçirməz məhlulla işlənmişdir. PMC şirkətinin Layihə Direktoru Gi Lombarts podratçı ilə bağlanmış kontrakt üzrə işlərin uğurla başa çatdırılması münasibəti ilə Barama şirkətinin Direktoru Yusif Hacıyevə təşəkkürnamə təqdim etdi. İndi zavodun yolları polimer məhsullarının yük maşınları ilə ixrac edilməsi üçün hazırdır!