SOCAR POLYMER

“Tecnimont” şirkəti “SOCAR Polymer” layihəsi çərçivəsində istehsalat hadisələri nəticəsində iş vaxtının itkisi olmadan 16 milyon adam-saat həcmində işin yerinə yetirilməsini nailiyyət olaraq qeyd etdi

 “Tecnimont/KT-Kinetics Technology” şirkətinin Layihə qrupu şirkətin “SOCAR Polymer” Layihəsi çərçivəsində Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodlarını inşası prosesində əldə etdiyi vacib bir nailiyyəti qeyd etdi. Polipropilen zavodu artıq işə salınmış, Yüksək Sıxlıqlı Polietilen zavodundakı tikinti işləri isə təqribən 98% başa çatdırılmışdır.

Bu əlamətdar nailiyyətə həsr olunmuş tədbirdə “SOCAR Polymer” MMCnin rəhbərliyi, “Tecnimont” və “Maire Tecnimont” şirkətlərinin yüksək səviyyəli nümayəndələri, “USTAY” subpodratçı şirkətinin rəhbərliyik nümayəndələri və tikinti işlərində iştirak edən 1200 işçinin hamısı iştirak etdilər. Tədbir zamanı bütün tərəflər aralarındakı əməkdaşlığa görə öz razılıqlarını ifadə etdilər. İstehsalat hadisələri nəticəsində iş vaxtının itkisi olmadan 16 milyon adam-saat həcmində işin yerinə yetirilməsi çox əhəmiyyətli bir SƏTƏM göstəricidir. Bu hədəfə nail olmaq istiqamətində çəkilən zəhmət və göstərilən səylərə görə minnətdarlığın ifadəsi olaraq “SOCAR Polymer” MMC tərəfindən “Tecnimont/ Maire Tecnimont” şirkətinə, “Tecnimont/ Maire Tecnimont” şirkəti tərəfindən isə “USTAY” şirkətinə təşəkkür plaketləri təqdim edildi. Kollektiv iş və SƏTƏM tələblərinin icrası nəticəsinə əldə edilmiş bu möhtəşəm nailiyyəti yaddaşlara həkk etmək məqsədilə xüsusi olaraq bu tədbir üçün tikilmiş köynəklər nümayiş etdirildi və həmin günün xatirəsi olaraq layihədə iştirak etmiş hər işçiyə bir ədəd köynək hədiyyə edildi.