SOCAR POLYMER

İstismar qrupuna Sumqayıtdakı zavod sahəsində “Polimerləşmə”yə dair nəzəri təlim kursu keçirilmişdir

“SOCAR Polymer” zavodunun ərazisində istismar kollektivi üçün “Polimerləşdirmə” mövzusunda nəzəri təlim kursu keçirildi. Kataliz sahəsində aparılmış təkmilləşdirmələr istər struktura, istərsə də molekulyar kütləyə yüksək dərəcədə nəzarət təmin etmişlər ki, bu da mövcud polimer növlərini konkret istifadə məqsədinə uyğunlaşdırmağa imkan verir. Polimerləşdirmə prosesinə nə azı iki müxtəlif nöqteyi-nəzərdən dəyərləndirmək olar: istifadə olunan katalizatorun xarakteri və yekun məhsulu formalaşdıran zəncirlərin artma üsulu baxımından. İki və ya daha çox polimerin birgə polimerləşmə imkanları polimerin strukturuna əlavə ölçü qazandırır. Müəyyən mənada bu, proses yekun məhsuldakı xassələr balansının təmin edilməsi üçün müxtəlif metalların biri-birinə qarışdırılmasını xatırladır. Polimerləşmə prosesləri haqqında əsas anlayışın mövcud olması vacibdir, çünki polimerləşmə struktura və yekun məhsulun xassələrinə təsir edir, bu da o deməkdir ki, həmin anlayış təqribən ideal variant təmin edən texniki şərtlərdə öz əksini tapmalıdır.