SOCAR POLYMER

“SOCAR Polymer”in kimya laboratoriyası fəaliyyətə başladı

“SOCAR Polymer” zavodunun 30 hektarlıq ərazisində 2 polimer istehsalı qurğusu, mühəndis şəbəkələri infrastrukturu, torbalama və qablaşdırma binası və anbar yerləşir. Xammal nümunələrinin təhlili (istehsalat prosesindəki təhlillər) və məhsulların sınaqdan keçiriləsi (məhsulların ilkin və yekun sınaqdan keçirilməsi) məqsədi ilə həmin ərazidə həm də laboratoriya kompleksi yaradılmışdır. Polimer istehsalı üçün yararlı olub-olmadığını, yəni, oksigen, hidrogen, azot, CO, CO2, ammonyak, asetilen, arsen, metanol, kükürd, su və s. kimi qatışıqların miqdarının məqbul olub-olmadığını yoxlamaq üçün zavoda gətirilən xam propilen və etilen burada təhlil ediləcək. Propilendən müxtəlif mərhələlərdə nümunələr götürüləcək: zavoda daxil olduqda – təmizləndikdən/qurudulduqdan əvvəl və sonra, etilen və yüngül fraksiyaları ayıran qurğuların çıxışında, və resirkulyasiya dövlələrindən hər birinə azot verildikdən sonra. Laboratoriya həmçinin zavoda gətirilən azotun və hidrogenin (istər xam, istərsə də təmizlənmiş), habelə tullantı qazların, emal edilmiş işlənmiş yağın, təzə mineral yağın və istehsal prosesində iştirak edən digər maddə/birləşmələrin keyfiyyətini yoxlayacaq. Quruducudan çıxan polimer ovuntusu homogenləşdirilir, ərintinin axıcılıq sürəti (MFR), hissəciklərin paylanma sürəti (PSD) və tərkibi yoxlanılır. Polimerlərin termal keçidlərini müəyyən etmək üçün Diferensial skaner kalorimetriyasından (DSC) istifadə olunur. Termal keçidləri materialların müqayisəsi üçün istifadə etmək olar, hərçənd onlar tərkibi birmənalı olaraq müəyyən etmir. Tərkib infraqırmızı spektroskopiyadan istifadə etməklə tam olaraq müəyyən edilir. “SOCAR Polymer”ın qranulalar formasında istehsal etdiyi yekun məhsul müştərilərə çatdırılmazdan əvvəl laboratoriyada standart keyfiyyət sınaqlarından keçirilir. Bundan sonra sifarişçilərimiz həmin qranulalardan müxtəlif növ istehlakçı malları, sənaye materialları və ya ehtiyat hissələr istehsal etmək üçün istifadə edir. Məsələn, avtomobil sənayesində bizim yekun məhsuldan bamper örtükləri, banın yan moldinqləri, radiator barmaqlıqları və avtomobillərin cihaz panelləri, konsollar və hava yastıqları üçün örtüklər kimi müxtəlif interyer detalları istehsal edilir. Sifarişçilərin tələblərini zəmanətli və yüksək keyfiyyətə malik məhsullarla qarşılamaq üçün gündə 24 saat, həftədə isə 7 gün fəaliyyət göstərən laboratoriya çoxsaylı təhlil və sınaqlar keçirir. Həmin sınaqlar istehsal etdiyimiz polimer məhsullarının keyfiyyətini təmin etməyə kömək edən bir sıra yoxlanmış parametrlərə əsaslanır. Qaz xromatoqrafiyası (GC), habelə mexaniki, kimyəvi və spektroskopik sınaqlar aparmaq üçün laboratoriyada bütün zəruri avadanlıq mövcuddur. Laboratoriya təqribən 66-70 sınaq/təhlil növü həyata keçirməyə hazırdır. Polimerin növündən (homo/təsadüfi/heko), polimerin markasından, məhsulun təyinatından (yəni, qida məhsullarının qablaşdırılması/tibbi təyinatlı mallar/ avtomobil hissələri və s. üçün), potensial emal metodundan (qarışdırma/dartılma/termal formalaşdırma/ekstruziya/ qəlibləmə/təzyiqlə qəlibləmə/üfürmə ilə qəlibləmə və s.), istehsal mərhələsindən (başlanğıc/yeni istehsal/sabit istehsal) və s. amillərdən asılı olaraq polimer qranulları üzərində aparılan sınaqların siyahısı tərtib edilir. Laboratoriya həm gündəlik olaraq planlı qaydada, həm də vaxtaşırı sifarişlə müəyyən sınaqlar/təhlillər keçirir.