SOCAR POLYMER

“SOCAR Polymer” Dördtərəfli anlaşma memorandumu imzalayır

Bu ay polipropilen zavodu istismara verildi. Şənbə günü 28 iyul tarixində Bakı Biznes Mərkəzində “İstehsalat-satış zənciri: xammaldan - son istifadəçi məhsuluna” adlı konfrans keçirildi. “SOCAR Polymer”in yaratdığı multiplikasiya effektindən səhmdarların və ümumilikdə Azərbaycan iqtisadiyyatının mənafeyi naminə ən səmərəli şəkildə istifadə edilməsi yollarını müzakirə etmək məqsədi ilə konfransa plastik kütlə və polimer istehsalı sahəsində fəaliyyət göstərən milli şirkətlər, habelə dövlət nəzarət orqanlarının nümayəndələri dəvət olunmuşdu. PP zavodunun istismara verilməsi Azərbaycanda bu günə qədər həyata keçirilmiş ən iri milli neft-kimya layihəsi olan “SOCAR Polymer” layihəsinin birinci mərhələsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin himayəsi altında Kiçik və Orta Müəssisələrə Dəstək Agentliyi ilə Sumqayıt Kimya Sənaye Parkı, “SOCAR Polymer” MMC və milli plastik sənayesinin nümayəndələri arasında Anlaşma Memorandumu imzalandı. Həmin memorandumda milli sənayenin istehsal etdiyi Polipropilen və Yüksək Sıxlıqlı Polietilenin son istehlakçı məhsulları buraxan istehsalçılar tərəfindən istifadə olunması nəzərdə tutulur.

Tədbirdə giriş sözü ilə İqtisadiyyat Nazirinin Müavini Niyazi Səfərov, sonra isə Sumqayıt Kimya Sənaye Parkının Baş Direktoru Nazim Talıbov və Azərbaycanda Kiçik və Orta Müəssisələrə Dəstək Agentliyinin Direktoru Orxan Məmmədov çıxış etdilər. Konfrans iştirakçılarına müraciətində SKSP-nin Direktoru N.Talıbov son 5 il ərzində Azərbaycan dövlətinin beş milli sənaye parkının yaradılmasına 2,6 milyon ABŞ dolları həcmində böyük investisiya qoyduğunu və həmin parkların yeni iş yerləri yaratmaq iqtidarında olduqlarını vurğuladı. “2011-ci ildə təqribən 10 000 adam sənaye parklarında işləmək üçün müraciət etmişdi, bu gün isə həmin parklarda 11 000 işçi çalışır. Ən yaxın gələcəkdə sənaye parklarında 7 500-dən artıq yeni iş yeri açılacaq”, - deyə N.Talıbov əlavə etdi. Tədbirdə çıxış edən “SOCAR Polymer” MMC-nin Baş Direktoru cənab Fərid Cəfərov PP və YSPE-nin geniş istifadə imkanları olduğu barədə danışdı. Belə ki, onlardan müxtəlif son istehlakçı məhsulları istehsal oluna bilər, bura premium sektor sayılan inşaat sektoru, elektronika, yeyinti sənayesi, tibbi və məişət təyinatlı mallar, mebel, oyuncaqlar, tekstil, dəftərxana məmulatları, idman malları və s. daxildir. Cənab F.Cəfərov vurğuladı ki, “SOCAR Polymer” layihəsinin ümdə məqsədi ölkəmizi əvvəllər xaricdən satın alınan polipropilen və yüksək sıxlıqlı polietilen idxalından azad etməkdən ibarətdir. F.Cəfərov dedi: “Daxili bazarda rifahın təmin edilməsi “SOCAR Polymer”in prioritetidir.” “2021-ci ilə qədər biz zavodlarımızın birgə istehsal gücünü ildə 570 min tona çatdırmağı planlaşdırırıq. Azərbaycan müəssisələri son istifadəçi məhsulları buraxmaq üçün bizim istehsal etdiyimiz PP və YSPE-nin müvafiq növlərindən istifadə etmək imkanlarından faydalana bilərlər. Biz maraqlı tərəflərlə uzun müddətli tərəfdaşlıq qurmaq və onlara texniki dəstək göstərmək istəyirik. Və biz buna hazırıq”, - deyə, o əlavə etdi. Cənab Cəfərovun rəhbərlik etdiyi “SOCAR Polymer” nümayəndə heyətinə Fuad Əhmədov, Vüqar Aslanov, Rövşən Sadıqov, Babək Beydullayev və Ruslan Hüseynov daxil idi. Sonra Metak MMC-nin Direktoru Aydın Kərimov və El-Plastics MMC-nin Direktoru Gülağa Abışov milli plastik istehsalçıları adından çıxış etdilər. Konfransda “SOCAR Polymer”in ana şirkəti olan SOCAR-ın Marketinq departamentinin nümayəndələri Vidadi Rüstəmov, Rasim Atakişiyev və Pərvin Cəfərov də iştirak edirdilər. Sahibkar dairələri “FUND-PLAST INC, LLC” şirkətinin təsisçisi və Direktoru Füzuli Cabbarov, “Azlitbalkan BM LLC” şirkətinin Direktoru Arzu Namazova, “ZZ Procurement LLC” şirkətinin təsisçisi Samir Əlizadə, “Azercan LLC” şirkətinin Direktor Müavini Araz Quliyev, “ATC Company LLC” şirkətinin təsisçisi Teyyub Cəfərov, “Interplast-A LLC” şirkətinin Direktoru Mətləb Əliyev, “Fostanpak LLC” şirkətinin Direktoru Sabuhi Məmmədov, “KLAUS-PLAST LLC” şirkətinin Direktoru Cavad Mübariz, “Samurai Company” şirkətinin Maliyyə Direktoru Tural Əliyev, “Texnolayn LLC” şirkətinin təsisçisi Elxan Əsgərov, “AKABE LLC” şirkətinin Direktor Müavini Səməd Hacıyev, Sumqayıt Texnoloji Parkının Baş Direktor Müavini Anar Hacızadeh, “Azertexnolayn LLC” şirkətinin Direktoru Tofiq Məmmədov, “SumPlast LLC” şirkətinin direktoru Kənan Nəcəfov, “Diamed Co.” şirkətinin Direktoru Samirə Hüseynova, "Polimer.net" LLC” şirkətinin Direktoru Afət Nəcəfov, “Metak LLC” şirkətinin Direktoru Aydın Kərimov, və “El-Plastic Ltd.” şirkətinin Direktoru Gülağa Abışov tərəfindən təmsil olunmuşdu.