SOCAR POLYMER

PP zavoduna karbohidrogen xammalı verildi

20 may 2018-ci il tarixindən etibarən “SOCAR Polymer” şirkəti aprel ayının axırları üçün tikintisi və istismara verilməsi 99,5% başa çatmış Polipropilen zavodunun istehsalat xəttinə nasoslar vasitəsi ilə propilen xammalı verməyə başladı. “SOCAR Polymer” zavodunu propilen xammalı ilə Azərikimya İB təmin edir. Xammal Azərikimya İB-nin 3 kilometrliyində yerləşən Buxarlı krekinq qurğusundan boru xətti vasitəsilə verilir. Propilen xammalının zavoda verilməsinin başlanğıc mərasimi “SOCAR Polymer”, “Fluor” və “Tecnimont” şirkətlərinin birgə nəzarəti altında həyata keçirildi.

Bütün zəruri planlaşdırma və proqnozlaşdırma tədbirləri daxil olmaqla PP zavoduna propilen xammalının vaxtı-vaxtında çatdırılmasını təmin etmək məqsədi ilə hələ mayın əvvəllərində “SOCAR Polymer”lə Azərikimya İB arasında razılıq əldə edilmişdi. Boru ilə xammal çatdırma sisteminin həm Azərikimya İB-nə, həm də PP zavoduna aid hissələrində müvafiq düzəlişlər etməklə bütün əlaqədar sistemlərin sınaqdan keçirilməsi və istismara verilməsi işləri “KT-Kinetics Technology” şirkəti tərəfindən aparılmışdır. “SOCAR Polymer” şirkəti PP istehsalına başladıqdan sonra gündə 450 ton istehsal gücü olan Azərikimya İB digər müştərilərinə propilen verilməsini dayandıracaq və PP zavodunun tam istehsal gücünə çatması üçün özünün istehsal etdiyi bütün propilen həcmini “SOCAR Polymer”in bu zavoduna ötürəcək. Propilen saxlamaq üçün Azərikimya İB-nin ərazisində ümumi anbarlama həcmi 4000 ton təşkil edən təqribən 20 rezervuar mövcuddur.

Hal-hazırda, sirkulyasiya reaktorları da daxil olmaqla xətləri yumaq üçün propilen qazı PP zavodunun 4 bölməsində resirkulyasiyadan keçirilir. Xətlərin yuyulması üçün istifadə olunan propilen daha sonra məşəldə yandırılır, məşəl bacasından çıxan alov isə buna dəlalət edir.

Yeni zavodun xammalla təchizatının başlanması layihəni kulminasiya nöqtəsinə daha da yaxınlaşdıran əlamətdar bir nailiyyətdir.