SOCAR POLYMER

“SOCAR Polymer” şirkəti Bakı marafonunda

Üç ildir ki, “SOCAR Polymer” şirkəti hər il keçirilən Bakı marafonlarında iştirak etmək ənənəsinə sadiq qalır. Bu marafonların məqsədi ictimaiyyətin idman tədbirlərindəki iştirakının genişləndirilməsindən, sağlam həyat tərzinin təbliğindən, habelə əhalinin kollektiv xeyriyyə kampaniyalarındakı iştirakının təşviq edilməsindən ibarətdir. “Bakı-2018” Marafonu zamanı toplanmış pul vəsaiti birbaşa H.Əliyev fondunun təşkil etdiyi “Yetimlərə qayğı” layihəsinə yönəlir. Bu il keçirilən marafonda Azərbaycanı, habelə Avropa, Orta Asiya, Yaxın və Uzaq Şərqi, MDB, Baltik yanı ölkələri, hətta Latın Amerikasını, habelə Bakıdakı bir sıra səfirliyi təmsil edən 1800 iştirakçısı birgə Fondun Vitse-prezidenti Leyla Əliyeva və bacısı Arzu Əliyeva da iştirak etdilər. 

H.Əliyev fondunun təşəbbüsü, Milli Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionun dəstəyi ilə keçirilmiş bu marafona Milli Bayraq Meydanında səhər saat 10:00-da start verildi. Bakı Olimpiya Stadiounundakı finiş xəttinə qədər olan 21 km-lik məsafəni qət etmək üçün marafon iştirakçılarına maksimum 4,5 saat ayrılmışdı. Marşrutun uzunluğunu nəzərə alaraq bu qaçış  yarı-marafon adlandırıla bilər.

Yorulan qaçış iştirakçılarını toplamaq və finiş xəttinə çatdırmaq məqsədi ilə marşrut boyunca yerləşən beş avtobus dayanacağında xüsusi avtobuslar ayrılmışdı. Qaçış marşrutu boyunca həm də tibbi yardım və su təchizatı məntəqələri təşkil edilmişdi.

“SOCAR Polymer”in rəhbərliyi şirkət personalını bu idman tədbirində iştirak etməyə fəal surətdə təşviq edirdi. Mayın 13-də aralarında həm ofis, həm də sahə əməkdaşları olan “SOCAR Polymer” komandasının 40-dan artıq idmançısı marafonda iştirak etmək üçün Milli Bayraq Meydanında toplaşdılar. Keçən illərlə müqayisədə sayları üç dəfə artmış iştirakçılarımızın çoxu finişə çatdı. Əldə etdikləri bu nailiyyət üçün onlar “SOCAR Polymer” tərəfindən medal və sertifikatlarla təltif edildilər.