SOCAR POLYMER

Rusiyanın kütləvi informasiya vasitələrinin nümayəndələri zavodu ziyarət etdilər

28-29 mart 2018-ci il tarixlərində Rusiyanın kütləvi informasiya vasitələrini təmsil edən böyük bir nümayəndə qrupu “SOCAR Polymer” layihəsi çərçivəsində həyata keçirilən Rusiya-Azərbaycan əməkdaşlığı haqqında yazılı və video materiallar hazırlamaq məqsədi ilə “SOCAR Polymer” zavodunu ziyarət etdi.

“HTB”, “Interfax”, “MediaCorpus”, “Fact”, “360TV” və “Expert” kimi tanınmış media şirkətlərini təmsil edən qonaqlar “SOCAR Polymer” şirkətinin Baş Direktoru Fərid Cəfərovla Sumqayıtdakı “SOCAR Polymer” zavodunun VIP mərkəzində mətbuat konfransı keçirdilər.

Bundan sonra zavodla tanışılq tanışlıq turuna çıxan qonaqlar bir neçə mütəxəssis-texnoloqdan müsahibə də aldılar.

İki gün davam edən tədbirin nəticəsi olaraq “expert.ru”, “inbalashikha.ru” və digər onlayn media vasitələrində "Şaquli nailiyyət” və "Balaşixada istehsal edilmişdir" başlıqları altında məqalələr dərc edildi. “SOCAR Polymer” və “Cryogenmash” arasında əməkdaşlığa həsr edilmiş video reportaja "SOCAR Polymer”in “Youtube”dakı kanalında orijinal dildə baxmaq olar.