SOCAR POLYMER

“SOCAR Polymer” xeyriyyə tədbirində iştirak etdi

Novruz bayramı münasibəti ilə xeyriyyə tədbirlərinə dəstək vermək ənənəsinə sadiq qalan “SOCAR Polymer” Sumqayıt şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt filialının birgə təşkilatçılığı, eləcə də Azərikimya İB və “SOCAR Polymer” MMC-nin dəstəyi ilə keçirilmiş tədbirdə iştirak etdi.

Tədbirin məqsədi təqribən 650 az gəlirli ailənin həyatına bayram sevinci və bahar abı-havası gətirməkdən ibarət idi. Tədbirin qonaqları arasında müharibə və əmək veteranlarının, şəhidlərin, əlillərin və az gəlirli şəxslərin ailələri, habelə Sumqayıt Əlil Qadınlar Cəmiyyəti,  Əlillərin Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Müharibə Şurası, Şəhid Ailələri və Qarabağ Müharibəsi Əlillərinin “Rahib” Xeyriyyə Cəmiyyəti, Respublika Görmə Əlilləri Cəmiyyətinin Sumqayıt şəhər filialı kimi təşkilatların üzvləri, və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt filialının siyahısına daxil olan şəxslər də  var idi.

Tədbir ərəfəsində AzQAC-ın Sumqayıt filialının könüllüləri maddi cəhətdən korluq çəkən şəxslərə paylamaq məqsədi ilə 300 ərzaq bağlaması hazırlamışdı.

Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik etdi və təbiətə hərarət gətirən və Azərbaycan xalqının ürəyinin istiliyini büruzə verən bu bahar bayramı tədbirinin təşkilində göstərdikləri yardıma görə iştirakçı təşkilat və şirkətlərə öz minnətdarlığını bildirdi.

Tədbirdə xərclər üzrə mühasib Famil Məmmədovun təmsil etdiyi “SOCAR Polymer” şirkəti bu kübar tədbirin keçirilməsinə verdiyi töhfəyə görə Fəxri Fərmanla təltif edildi.

Tədbirin rəsmi hissəsindən sonra verilən mini-konsert zamanı qonaqlar milli musiqi nümunələrinə qulaq asıb, rəqslərə tamaşa etdilər. Konsertdən sonra isə ərzaq və hədiyyə bağlamaları paylandı. Bağlamaları alan tədbir iştirakçıları onlara bəxş edilmiş müsbət emosiyalar və maddi yardım üçün öz minnətdarlıqlarını bildirdi. Ərzaq və hədiyyə baratları həmçinin bir sıra yataq xəstəsinə də çatdırıldı.