SOCAR POLYMER

8 mart bayramı ərəfəsində əlamətdar nailiyyət

7 mart tarixində, Beynəlxalq qadınlar günü ərəfəsində, “SOCAR Polymer”də çalışan beş ağıllı, cəsur və motivasiyalı xanım Azərikimya İB-nin keçirdiyi “Xəmsə” intellektual oyununda SOCAR Polymer şirkətini təmsil etmək üçün bir komanda təşkil etdi. Nəticədə, onlar bu bilik yarışında 2-ci yeri tutdular.

Azərikimya İB, SOCAR-ın Ekologiya departamenti, Karbamid zavodu, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi, Milli kitabxana, Sumqayıt Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Sumqayıt Təlim Mərkəzi, ASAN Xidmət, Etilen-polietilen zavodu və 6, 22 və 30 saylı məktəblər bu konkursda 20 komanda ilə təmsil olunmuşdu.