SOCAR POLYMER

MGIMO-nun nümayəndə heyəti “SOCAR Polymer” zavod kompleksini ziyarət etdi

21-26 fevral tarixləri arasında Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MGİMO) nümayəndə heyəti, habelə Biznes və Beynəlxalq Kompetensiya Məktəbinin “Beynəlxalq neft-qaz biznesi” adlı MBA proqramı çərçivəsində təşkil olunmuş səyyar tədris seminarının iştirakçıları Bakıda səfərdə oldular.

Universitetin prorektoru A.Malginin başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət nümayəndəsi və MGİMO-nun Təbii sərvətlərin istifadəsi və ekologiya ilə bağlı beynəlxalq kompleks problemləri kafedrasının müdiri R.Əliyev, Biznes və Beynəlxalq Kompetensiya Məktəbinin direktoru A.Mirzoyeva və “Beynəlxalq neft-qaz biznesi” adlı MBA proqramının elmi rəhbəri M.Belova daxil idi.

Bu MBA proqramının 22 tələbəsi arasında menecerlər, habelə neft, qaz, maliyyə və investisiya sektorlarında Azərbaycan, Rusiya və Qazaxıstanda fəaliyyət göstərən şirkətlərinin sahibləri, habelə “Gazpromneft”, “KazMunayGas”, “VYGON Consulting”, “Varyeganneft”, “Gazprom Automation”, “PromResurs”, “WingsOil” və bəzi digər şirkətlərin də nümayəndələri var idi.

Səfər zamanı MBA proqramının tələbələri Azərbaycanda fəaliyyət göstərən ən müasir şirkətlərin neft, logistika, enerji daşımaları və istehsal infrastrukturu ilə tanış oldular. Onlar həmçinin müxtəlif məruzələr dinlədi və Azərbaycan müəssisələrinin başçıları və Bakıdakı aparıcı universitetlərin rektorları və professor-müəllim heyətləri ilə qeyri-rəsmi görüşlərdə iştirak etdilər.

Səfərin və səyyar seminarın belə zəngin proqramı MGİMO-nun azərbaycanlı məzunlarının assosiasiyası, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət nümayəndəliyi, SOCAR şirkəti və Atəşgah sığorta şirkətinin dəstəyi ilə hazırlanmışdı. 

“SOCAR Polymer” şirkətinin Sumqayıt Kimya Sənaye Parkında yerləşən zavodlarına ziyarət bu üç günlük proqram gündəliyinin əlamətdar hissəsinə çevrildi. Zavoda ziyarət zamanı “SOCAR Polymer” MMC-nin Baş direktoru F.Cəfərov “SOCAR Polymer” layihəsi haqqında təqdimat etdi. Şirkətin əldə etdiyi uğurların tarixçəsinə həsr edilmiş həmin təqdimat plastik materiallar bazarının icmalı və polimer zavodları layihəsinin müxtəlif aspektlərinin təfsilatlı təsviri ilə müşayiət olundu. SOCAR-ın istehsalat zənciri, layihələrin maliyyələşdirmə prinsipləri və kontrakt sxemi, habelə layihə üzrə artıq yerinə yetirilmiş işlərinin həcmi haqqında məlumat verildi. Təqdimatdan sonra keçirilən müzakirələr zamanı F.Cəfərov şirkətin praktiki təcrübəsindən misallar çəkdi. Bundan sonra nümayəndə heyəti zavodla tanışlıq turuna çıxdı.

Bakı bir daha MGİMO nümayəndələrinə öz qonaqpərvərliyini nümayiş etdirdi. Müasir Azərbaycanın banisi və MGİMO-nun böyük dostunun xatirəsinə hörmət əlaməti olaraq universitetin nümayəndə heyəti Heydər Əliyevin məzarını ziyarət etdi və əklillər qoydu.