SOCAR POLYMER

"SOCAR Polymer” zavodunda sınaq məqsədi ilə ilk polipropilen məhsulu istehsal olunub

Fevralın 27-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri “SOCAR Polymer” zavodunu görmək və işlərin gedişi ilə birbaşa tanış olmaq məqsədi ilə “SOCAR Polymer”-in SKSP-də yerləşən istehsalat meydançasına gəldilər. Həmin gün onlar “Azərikimya” İB-ni və işə salmazdan əvvəl aparılan hazırlıq işlərini müzakirə etmək məqsədi ilə Karbamid zavodunu da ziyarət etdilər.

PP zavodunun ətrafındakı avtobus gəzintisi zamanı qonaqlara zavodun müxtəlif bölmələri və onların funksiyaları haqqında məlumat verildi. Sonra onlar ekstruziya qurğusu ilə tanış oldular və burada quraşdırılmış avadanlıq barəsində qısa məlumat aldılar. PP zavodunun Quru bölməsi quru PP ovuntusunu müvafiq qatqılarla/komponentlərlə qarışdıraraq həmin ovuntunu qranulalara çevirir. Qonaqlar PP qranulalarının istehsal prosesinə tamaşa etməyə dəvət olundular və burada polipropilen kütləsinin ekstruziya qurğusu vasitəsi ilə spagetti formasına salınması, qranulalar formasında kəsilməsi, qurudulması və soyudulması prosesini müşahidə etdilər. Sınaq məqsədilə aparılmış işə salınmanın məqsədi PP zavodunun Duru bölməsinin istismara verilməsi və işlək vəziyyətdə olduğunun yoxlanılmasından ibarət idi.

Sınaq uğurla həyata keçirildi və SOCAR-ın rəhbərliyi nümayiş etdirilmiş işlər barədə müsbət rəy bildirdi. Ziyarət nəticəsində SOCAR rəhbərliyi onlara nümayiş etdirilmiş işlərin gedişi və vəziyyəti barədə müsbət rəy bildirdilər.

Bu vacib mərhələdə əldə edilmiş nailiyyətləri qeyd edərkən “SOCAR Polymer”, “Fluor”, “Kinetics Technology” və subpodratçılar da daxil olmaqla ümumi işə öz töhfələrini vermiş bütün kollektivlərə təşəkkür bildirildi.

Sahə ziyarəti başa çatdıqdan sonra “SOCAR Polymer” şirkətinin müvafiq şöbələrinin nümayəndələri zavodların tikintisinin uğurla başa çatıb istismara verilməsi üçün yerinə yetirilmiş tapşırıqlar barəsində təqdimatlar etdilər.

Həmin təqdimatlar SOCAR rəhbərliyinin nümayəndələrində yaxşı təəssürat yaratdı və ziyarətin gündəliyi uğurla başa çatdı.