SOCAR POLYMER

PETKİM şirkətində əməkdaşlarımızın növbəti qrupu üçün təlimlər - OPS Fundamentals course

Mütərəqqi təcrübənin öyrənilməsi vasitəsilə şirkəti innovasiyalara doğru aparmaq üçün “SOCAR Polymer” kadrların mütəmadi ixtisasartırması və potensialının gücləndirilməsi istiqamətində PETKİM-lə əməkdaşlığını davam etdirir. Mayın 8-dən etibarən, 13 qurğu operatoru və 1 növbə supervayzerindən ibarət daha bir qrup işçimiz öz peşəkar səviyyələrini və təcrübələrini artırmaq məqsədilə PETKİMin Türkiyədəki sənaye obyektində təşkil edilmiş 1 həftəlik kurslarda iştirak etdilər.
Həmin istehsalat təliminin sonunda may ayının 12-də PETKİM şirkətində kurs iştirakçılarına Şəhadətnamələrin təqdim edilməsi mərasimi keçirildi.