Biz kimik

polymer SOCAR Polymer şirkəti dövlətlə özəl sektorun Azərbaycanda birgə yaratdıqları ilk tərəfdaşlıqdır (dövlət-özəl sektor tərəfdaşlığı). Şirkət Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanın paytaxtı Bakının 30 kilometrliyində yerləşir. Sumqayıt Kimya Sənaye Parkının Mərkəzi Asiya regionunda yeni iri neft-kimya sənayesi qovşağına çevrilməsi gözlənilir.

Biz nə edirik

graphic Biri – polipropilen (PP), digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki qurğudan ibarət zavod inşa edirik. PP və YSPE qurğularının istehsal gücü müvafiq olaraq ildə 180000 və 120000 ton təşkil edir. İstehsal edəcəyimiz məhsullar yüksək təzyiqli qaz nəql edən boruların, kanalizasiya və su borularının, qablaşdırma materiallarının, tekstil çeşidlərinin, dəftərxana ləvazimatların, avtomobil hissələrinin, elektron və elektrik avadanlığın, tibbi təyinatlı malların və s. məmulatların hazırlanmasında istifadə olunacaq.
GÜN
SAAT
zavodun işə salınmasına qalan vaxt Prosesi onlayn izlə

XƏBƏRLƏR

May 31, 2017“SOCAR Polymer” şirkəti Beynəlxalq Xəzər Neft və Qaz sərgisindəCari ilin may ayının 31-də Bakıda XXIV Beynəlxalq "Xəzər Neft və Qaz- 2017" sərgi və konfransının açılışı oldu. Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan bu beynəlxalq sərgi və konfrans etibarlı işgüzar əlaqələrin yaradılması, vacib kontraktların müzakirə edilməsi və layihələrin uğurla həyata keçirilməsi baxımından əlverişli platformadır. May 27, 2017“SOCAR Polymer” 2-ci Məzun-Karyera Sərgisində təmsil olunduMay ayının 27-də “SOCAR Polymer” şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən II Məzun-Karyera Sərgisində iştirak etdi. 56 şirkəti və 1500-ə yaxın tələbəni bir araya gətirmiş sərgidə tələbə və məzunlara 4 saat ərzində ümumilikdə 239 vakansiya üzrə iş yerləri təqdim olundu.May 12, 2017PETKİM şirkətində əməkdaşlarımızın növbəti qrupu üçün təlimlər - OPS Fundamentals courseMütərəqqi təcrübənin öyrənilməsi vasitəsilə şirkəti innovasiyalara doğru aparmaq üçün “SOCAR Polymer” kadrların mütəmadi ixtisasartırması və potensialının gücləndirilməsi istiqamətində PETKİM-lə əməkdaşlığını davam etdirir.